Operativ Məlumat Mərkəzi

Sibiqa Siyartoya cavab verib: Şikayətlərinizi və hədələrinizi Moskvadakı dostlarınıza göndərin

1 dəq
Paylaş:
Sibiqa Siyartoya cavab verib: Şikayətlərinizi və hədələrinizi Moskvadakı dostlarınıza göndərin

Ukraynanın naziri Sibiqa və macarıstanlı həmkarı Peter arasında “X” platformasında mübahisə yaranıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, XİN rəhbəri Peter Siyarto Ukraynanın hücumlarının Rusiyadan Macarıstana neft tədarükünü dayandırdığından şikayət etdikdən sonra, Andrey Sibiqa ona cavab ünvanlayıb.

“Peter, bu müharibəni başlayan yox, Rusiyadır. Rusiya müharibəni bitirməkdən imtina edir. İllərdir Macarıstana deyilir ki, Moskva etibarsız tərəfdaşdır. Buna baxmayaraq, Macarıstan Rusiyadan asılılığını qoruyub-saxlamaqdan ötrü bütün səyləri göstərib. Hətta, müharibə başlayandan sonra belə. İndi isə şikayətlərinizi və hədələrinizi Moskvadakı dostlarınıza göndərə bilərsiniz” - Ukrayna XİN rəhbəri qeyd edib.

Macarıstanın xarici işlər naziri Peter Siyarto isə cavab olaraq, “fakt budur ki, Ukrayna Macarıstana neft tədarük edən boru xəttinə hücum edib”- sözlərini yazıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax