Əsas məzmuna keç

Si Cinpin İrlandiyanı Çin-Aİ münasibətlərinin inkişafını təşviq etməyə çağırdı

Si Cinpin İrlandiyanı Çin-Aİ münasibətlərinin inkişafını təşviq etməyə çağırdı

Si Cinpin bunu İrlandiyanın Baş naziri Maykl Martin ilə Pekində keçirilən görüş zamanı bildirib.Çin lideri vurğulayıb ki, İrlandiya ilin ikinci yarısında...

ru

Xalq Respublikasının sədri Si Cinpin İrlandiyanı qarşıdan gələn Aİ-yə sədrliyi dövründə Çin və Avropa İttifaqı arasında münasibətlərin inkişafına verməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Si Cinpin bunu İrlandiyanın Baş naziri Martin ilə Pekində keçirilən görüş zamanı bildirib.

Çin lideri vurğulayıb ki, İrlandiya ilin ikinci yarısında Avropa İttifaqına sədrlik edəcək və bu dövr Çin–Aİ münasibətlərinin sağlam və sabit inkişafında konstruktiv rol oynamaq üçün mühüm fürsətdir. O qeyd edib ki, Pekin və Brüssel tərəfdaşlıq yanaşmasını qoruyub saxlamalı, münasibətlərə uzunmüddətli perspektivdən baxmalı və mövcud fikir ayrılıqlarını obyektiv və rasional şəkildə həll etməlidirlər.

Maykl Martin isə Avropa İttifaqı ilə Çin arasında sabit münasibətlərin qorunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, İrlandiya bu istiqamətdə müsbət dinamikaya töhfə verməyə hazırdır.

Qeyd edək ki, danışıqlar İrlandiya hökuməti başçısının yanvarın 8-dək davam edəcək rəsmi səfəri çərçivəsində Pekində baş tutub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…