Operativ Məlumat Mərkəzi

Seulda Xocalı soyqırımına həsr olunmuş simpozium keçirilib

2 dəq
Paylaş:
Seulda Xocalı soyqırımına həsr olunmuş simpozium keçirilib

Azərbaycanın Koreya Respublikasındakı Səfirliyi Koreya- Mərkəzi və Koreya ilə birlikdə Seul şəhərində Xocalı soyqırımının 32-ci ildönümünə həsr təşkil edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə səfirliyin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Koreyaya akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, Koreyanın mədəniyyət, elm, təhsil dairələrinin nümayəndələri, media təmsilçiləri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov Xocalı soyqırımının təfərrüatları, bu faciənin siyasi və hüquqi mahiyyəti və ümumilikdə, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı cinayətlər barədə məlumat verib.

Yonqsan bələdiyyəsinin baş direktoru Kvoon Yoon Qu, Hanyanq Universitetinin professoru, mədəni antropologiya üzrə mütəxəssis Hi Soo Li Azərbaycan və Koreya xalqlarının əlaqələrinin tarixi kökləri və müasir dövründən bəhs ediblər.

Simpozium çıxışlarla davam edib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax