Operativ Məlumat Mərkəzi

Səudiyyə Ərəbistanı Krallığı XİN-dən İrandakı Azərbaycan səfirliyinə olan silahlı hücuma münasibət bildirildi

2 dəq
Paylaş:
Səudiyyə Ərəbistanı Krallığı XİN-dən İrandakı Azərbaycan səfirliyinə  olan silahlı hücuma münasibət bildirildi

Krallığının Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı pisləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Səudiyyə XİN-dən bildirilib:

“Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi İranın paytaxtı Tehranda Respublikasının səfirliyinə bir nəfərin ölümü və bir neçə nəfərin xəsarət alması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pislədiyini bildirir. Nazirlik bu çətin vaxtda Krallığın Azərbaycan Respublikası və onun dost xalqı ilə həmrəy olduğunu təsdiq edir, diplomatik nümayəndəliklərin toxunulmazlığına hörmət etməyə və günahkarların cəzalandırılmasına çağırır".

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs saxlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax