Operativ Məlumat Mərkəzi

ŞƏT sammitində 25 sənəd imzalanıb - YENİLƏNİB

2 dəq
Paylaş:
ŞƏT sammitində 25 sənəd imzalanıb - YENİLƏNİB

Astanada keçirilən Şanxay Təşkilatının () sammiti zamanı təşkilata ölkələrin liderləri 25 imzalayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə KİV-ləri məlumat yayıb.

İmzalanan sənədlər arasında Astana Bəyannaməsindən başqa, Şanxay Əməkdaşlıq Təşkilatının 2035-ci ilə qədər İnkişaf Strategiyasının layihəsinə dair ŞƏT-ə üzv dövlətlərin Başçıları Şurasının qərarı, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə dair ŞƏT Xarici İşlər Nazirləri Şurasının təklifləri üzrə qərar, 2025-2027-ci illər üçün terrorizm, separatizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq, 2024-2029-cu illər üçün Narkotiklərlə Mübarizə Strategiyasının və onun həyata keçirilməsi üzrə Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında qərar var.

Bundan başqa, 2030-cu ilə qədər enerji əməkdaşlığının inkişafı strategiyası da imzalanıb.

***

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderləri birlik haqqında Astana Bəyannaməsini imzalayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax