Operativ Məlumat Mərkəzi

Sərnişin avtobusu yanıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Sərnişin avtobusu yanıb - YENİLƏNİB

Bakı şəhərinin Binəqədi rayonunda “” markalı sərnişin avtobusunun hissələri yanıb.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

09:48***

Bakıda sərnişin avtobusu yanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Dövlət İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, bu gun saat 07:45 radələrində 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən Meyvəli bazarı istiqamətinə hərəkətdə olan İVECO OTOYOL markalı 90 LR 327 nömrə nişanlı ilkin məlumata görə mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanmışdır. Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala qalmışdır. Hadisə yerinə dərhal yaxınlaşan YPX əməkdaşları sərnişinlərin və digər iştirakçılarının təhlükəsizliyini təmin etmişlər. Yanğın qısa müddət ərzində söndürülmüşdür. Qeyd olunan yolda hərəkət tam bərpa edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax