Operativ Məlumat Mərkəzi

Serdar Kılıç Azərbaycana gəlib - FOTO

2 dəq
Paylaş:
Serdar Kılıç Azərbaycana gəlib - FOTO

Azərbaycanın naziri ölkədə səfərdə olan Türkiyə- normallaşma prosesi üzrə xüsusi nümayəndə səfir Serdar Kılıç ilə görüşüb.

Bu barədə XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Ermənistan sülh prosesi, bölgədə postmünaqişə dövründə vəziyyət, Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələr arasında aparılan danışıqlar, habelə regional və beynəlxalq məsələləri müzakirə olunub.

C.Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Sülh prosesinin qarşısında duran çağırışların, o cümlədən ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən və Ermənistan Konstitusiyasında iddiaların, üçüncü dövlətlər tərəfindən Ermənistanın hərbiləşməsinə töhfə verərək regional sabitliyə hədə törədən addımların hələ də qalmaqda olduğu diqqətə çatdırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax