Operativ Məlumat Mərkəzi

Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb - 25.09.2023

2 dəq
Paylaş:
Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb - 25.09.2023

Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşlarının keçirdikləri -axtarış tədbirləri nəticəsində qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən Samir Məmmədov saxlanılıb. Üzərindən “marixuana” aşkarlanan şəxs dindirilmə zamanı narkotik maddəni adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Samir narkotik vasitəni 30 manata satmaqda şübhəli bilinən Şəmkir rayon sakini Elpərəst Mansurov da saxlanılıb. Üzərindən “marixuana” aşkar edilən E. Mansurov ifadəsində həm özünə həm də S. Məmmədova narkotik vasitəni Orxan adlı şəxsdən aldığını bildirib. Rayon sakini Orxan Alıyev saxlanılaraq Polis Bölməsinə gətirilən zaman üzərindən və avtomobilindən marixuana aşkarlanaraq götürülüb.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər bir tədbir nəticəsində isə saxlanılan rayon sakini Orxan Ələddinlinin üzərindən və yaşadığı evdən qurudulmuş marixuana aşkar olunaraq götürlüb.

Faktlarla bağlı Polis Şöbəsində başlanılıb araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax