Operativ Məlumat Mərkəzi

Şəhid ailələri və müharibə əlillərinə yeni mənzillər təqdim edilib

2 dəq
Paylaş:
Şəhid ailələri və müharibə əlillərinə yeni mənzillər təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakının Hövsan qəsəbəsindəki yeni yaşayış kompleksindən təqdim olunub.

Tədbirdə qeyd olunub ki, bu il artıq 650, postmüharibə dövründə 5 150, ümumilikdə ötən dövrdə 13 950 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların mənzillə təminatı tədbirlərinə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılıb.

Qeyd olunub ki, , Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib.

Ulu Öndər Heydər Əliyevin 100 illiyini qeyd etdiyimiz bu il də həmin proqram uğurla davam etdirilir. Ölkə Prezidentinin tapşırığı ilə 2023-cü ildə ən azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır. Bu il artıq 650, postmüharibə dövründə 5 150, ümumilikdə ötən dövrdə isə 13 950 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.

Dövlət başçısının Sərəncamı ilə 2021-ci ilin əvvəlindən İkinci müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanların da mənzillə təminatı həyata keçirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax