Əsas məzmuna keç

Səfir: “Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə başlamaq planlaşdırılır”

Səfir: “Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə başlamaq planlaşdırılır”

bunu Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən görüşdə deyib. “Yaxın...

"Yaxın vaxtlarda Marşrutunu tamamlayacaq Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi layihəsinin icrasına başlanması planlaşdırılır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən görüşdə deyib.

“Yaxın vaxtlarda biz Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi layihəsinin praktiki icrasına başlamağı planlaşdırırıq. Bu layihə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu tamamlayaraq yüklərin Qərb ölkələrinə çatdırılmasını sürətləndirəcək”, - o bildirib.

Səfir əlavə edib ki, ölkələr Təşkilatı çərçivəsində ticarət əlaqələrini genişləndirmək, ixrac və idxalı artırmaq, yeni təchizat zəncirləri tapmaq üçün daha da sıx etməlidirlər.

O qeyd edib ki, son illər Qırğızıstanda biznesin inkişafı üçün lazım olan hər şey edilib. Onun sözlərinə görə, bu ölkəyə investisiya qoymağın üstünlükləri sırasına qanunvericilik, vergilərin aşağı dərəcəsi, ixtisaslı işçi qüvvəsi, ucuz elektrik enerjisi və s. daxildir.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…