Operativ Məlumat Mərkəzi

"Sədərək" Ticarət Mərkəzindəki yanğınla bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

2 dəq
Paylaş:
"Sədərək" Ticarət Mərkəzindəki yanğınla bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

"" Mərkəzi ərazisində yanğın hadisəsi ilə bağlı başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi xəbərə görə, cinayət işi Fövqəladə Hallar Nazirliyinin İstintaq və İdarəsində Cinayət Məcəlləsinin 225.1-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə açılıb.

Fövqəladə Hallar Nazirliyinin xidmətindən yanğınla bağlı cinayət işi başlanmasını təsdiq ediblər.

***

"Sədərək" Ticarət Mərkəzi ərazisində baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, faktla bağlı Fövqəladə Hallar Nazirliyinin İstintaq və Əməliyyat İdarəsində yanğının yaranma səbəbləri ilə bağlı araşdırma aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, avqustun 24-də baş verən yanğın ötən gün Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Yanğınla bağlı 13 nəfər tüstüdən zəhərlənib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax