Operativ Məlumat Mərkəzi

Santorinidə baş verə biləcək güclü zəlzələnin Türkiyəyə təsiri məlum olub

2 dəq
Paylaş:
Santorinidə baş verə biləcək güclü zəlzələnin Türkiyəyə təsiri məlum olub

Yunanıstanın Santorini adası yaxınlığında baş biləcək 7,5 maqnitudada zəlzələ Türkiyədə 5 bal gücündə hiss olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" “Habertürk” telekanalına istinadən xəbər verir ki, belə qənaətə İstanbuldakı 9 Sentyabr Universiteti və digər universitetlərin türk alimləri gəliblər.

Qeyd olunub ki, mütəxəssislər təbii fəlakətin nəticələri ilə bağlı ilkin hesabat hazırlayıblar. Vurğulanıb ki, lazımi tədbirlər görülərsə, zəlzələnin can itkisi və ya maddi ziyanla nəticələnməsi ehtimalı azdır.

Alimlər xatırladıblar ki, əvvəllər Egey dənizində Santorini yaxınlığında vulkan püskürmələri, həmçinin 7,5 maqnitudada zəlzələlər olub. Bu proseslər həm də sunamilərə səbəb olub.

Çanaqqala və Fethiye əyalətləri arasındakı sahil zolağında dalğasının baş verməsi ehtimalı var. Onun hündürlüyü iki metrdən çox olmamalıdır, lakin su ərazisinə yarım kilometr dərinliyə gedə bilər.

Qeyd olunub ki, yerli xidmətlər dalğanın sahilə çatmasına təxminən yarım saat qalmış sunaminin əmələ gəlməsini öyrənə biləcəklər. Eyni zamanda sunami başlamazdan 7-10 dəqiqə əvvəl real təhlükə yarandıqda əhaliyə məlumat veriləcək.

Fevralın 6-da Yunanıstanın İqlim Böhranı və Mülki Santorinidə son həftələrdə baş verən davamlı zəlzələlərə görə fövqəladə vəziyyət elan edib. Fövqəladə vəziyyət martın 1-dək qüvvədə olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax