Operativ Məlumat Mərkəzi

Şahmat Olimpiadasının proqramı bəlli oldu

2 dəq
Paylaş:
Şahmat Olimpiadasının proqramı bəlli oldu

Sentyabrın 10-23-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Ümumdünya Olimpiadasının proqramı açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" İdman.biz-ə istinadən xəbər verir ki, Komitəsi turların vaxtını müəyyənləşdirib.

Yarışın ilk turu sentyabrın 11-də, sonuncu turu isə ayın 22-də oynanılacaq. Sentyabrın 10-da təntənəli mərasimi və kapitanların görüşü olacaq.

Turnirin gedişində bir gün veriləcək. Bu, ayın 17-nə təsadüf edəcək.

Olimpiada Macarıstanın ən müasir mərkəzlərindən biri olan, hər il 120-dən çox tədbirə ev sahibliyi edən və 10 minə qədər insanı qəbul edə bilən “BOK Sports Hall”da keçiriləcək.

Olimpiada rekordları bir araya gətirəcək. Kişilərin yarışında 193, qadınlarda isə 181 komanda mübarizə aparacaq. İki il əvvəl Çennai Olimpiadasında 188 kişi və 162 qadın komandası çıxış edib.

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət yığmasında Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı və Aydın Süleymanlı, qadınlarda isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova yer alacaqlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax