Əsas məzmuna keç

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi bəlli oldu

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi bəlli oldu

yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. Ən yaxşı nəticəyə Cek Krauford (“DAMS”) imza atıb. Yoşua...

Bakıda Formula 2 Qran-Prisinin əsas başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb.

Ən yaxşı nəticəyə Cek Krauford (“DAMS”) imza atıb. Yoşua Dürksen “AIX Racing" ikinci, Dino Beqanoviç (“TGR") üçüncü olub.

Qran-Prinin ilk günündə təşkil olunmuş birinci sərbəst yürüşdə Aleks Dunne (“Rodin”), sıralama turunda isə C.Krauford qalib olub. Sprint yarışında isə isveçli D.Beqanoviç birinci yeri tutub.

Bu gün, həmçinin saat 15:00-da Formula 1 üzrə əsas yarış baş tutacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…