Operativ Məlumat Mərkəzi

Sahibə Qafarova İsrailin yeni səfiri ilə görüşüb

3 dəq
Paylaş:
Sahibə Qafarova İsrailin yeni səfiri ilə görüşüb

Sentyabrın 11-də Milli Məclisin sədri İsrail Dövlətinin ölkəmizdə yeni təyin fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, səfiri bu vəzifəyə təyin olunması münasibətilə təbrik edən spiker Sahibə Qafarova, ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə dost və tərəfdaş arasında bir sıra ənənəvi sahələrdə olduğu kimi, yeni istiqamətlər üzrə də əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub, əlaqələrin daha da inkişafı üçün yaxşı imkanların olduğu qeyd edilib.

Söhbət zamanı, ölkələrimiz və xalqlarımız arasında müsbət münasibətlərin göstəricilərindən biri kimi, insanlar arasında əlaqələrin əhəmiyyəti qeyd edilərək, vurğulanıb ki, multikultural və tolerant bir ölkə kimi, Azərbaycanda yəhudilər əsrlər boyu sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar və indi də yaşayırlar. Eyni zamanda, İsraildə fəaliyyət göstərən icması, o cümlədən bu ölkədə yaşayan yəhudi əsilli soydaşlarımız da ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verirlər.

Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərin də özünəməxsus rolu qeyd edilib. Spiker Sahibə Qafarova İsrail Knessetinin sədri Amir Ohana ilə cari ilin aprel ayında Özbəkistanda keçirilən görüşünü xatırladaraq, parlamentlərimiz arasında təmasların, qarşılıqlı səfərlərin, dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri, səfər çərçivəsində aparılmış danışıqlar, əldə olunmuş razılaşmalar və imzalanmış sənədlərin əhəmiyyəti bir daha vurğulanıb. Spiker Sahibə Qafarov, Vaşinqton razılaşmaları üzrə öhdəliklərin yerinə yetirilməsinin vacibliyini qeyd edərək, tərəflər arasında sülh sazişinin tezliklə imzalanacağına ümidvar olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax