Operativ Məlumat Mərkəzi

Sahibə Qafarova Fazil Mustafanı ziyarət edib

2 dəq
Paylaş:
Sahibə Qafarova Fazil Mustafanı ziyarət edib

Milli Məclisin sədri martın 28-də yaşadığı evin qarşısında terror aktına məruz qalmış deputat Fazil Mustafanı bu gün müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Fazil Mustafanın vəziyyəti və müalicəsinin gedişi ilə maraqlanan spikerə məlumat verilib ki, onun tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün lazımi tədbirlər görülür.

Milli Məclisin sədri qeyd edib ki, İlham Əliyev bununla bağlı tapşırıqlarını verib və məsələ müvafiq dövlət qurumlarının diqqət mərkəzindədir. Spiker, həmçinin İlham Əliyevin Milli Məclisin deputatına qarşı törədilmiş bu xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz -istintaq tədbirlərinin aparılması ilə bağlı hüquq-mühafizə orqanlarına göstəriş verdiyini xatırladıb. Bir daha diqqətə çatdırıb ki, bu terroru törədənlər öz məqsədlərinə nail ola bilməyəcəklər.

Fazil Mustafa göstərilən diqqət və dəstəyə görə, ölkə rəhbərliyinə minnətdarlığını bildirib. O, bundan sonra da dövlətçilik mövqeyinə sadiq qalacağını, bu terror aktının onu geri çəkindirməyəcəyini söyləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax