Operativ Məlumat Mərkəzi

Şahdağa qar yağır - FAKTİKİ HAVA

2 dəq
Paylaş:
Şahdağa qar yağır - FAKTİKİ HAVA

Mayın 6-sı saat 16:00-a olan çaıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkənin əksər rayonlarında yağıntılı davam edir.

, , Göygöl, Daşkəsən, Ağdam, Laçın, Şuşa, Kəlbəcər, Xankəndi, Qubadlı, Füzuli, Xocalı, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Balakən, Xınalıq, Altıağac, Zaqatala, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, Kürdəmir, Hacıqabul, İmişli, Sabirabad, Lənkəran və Astarada arabir şimşək çaxır və leysan xarakterli yağış yağır.

Şahdağda isə qar yağması müşahidə olunur.

Gədəbəydə saat 14:42-14:45 radələrində diametri 4 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və yarımadasında 22, Aran rayonlarında 23, Naxçıvan MR-da 20, dağlıq rayonlarda 13 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində fasilələrlə müşahidə olunan yağıntılı hava şəraitinin 7-si gündüzdən tədricən kəsiləcəyi, 8-i əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax