Operativ Məlumat Mərkəzi

Şahdağa qar yağıb – FAKTİKİ HAVA

1 dəq
Paylaş:
Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Saat 9:00-a olan məlumatına əsasən bölgələrdə qeyri-sabit davam edib.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, bəzi yerlərdə çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. İyunun 23-ü gecə saatlarında Şahdağın 3 000 metr yüksəkliklərinə qar yağıb.

İyunun 22-si axşam və 23-ü gecə saatlarında Balakən, Şəki, Zaqatala rayonlarına diametri 20 mm-dək olan dolu düşüb. Şimal-qərb küləyi əsib. Küləyin sürəti arabir 20-25 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və yarımadasında 31, Naxçıvan MR-da 34, Aran rayonlarında 35, rayonlarda 21, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək isti olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax