Operativ Məlumat Mərkəzi

Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

2 dəq
Paylaş:
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

Pakistan İslam Respublikasının Məhəmməd Şahbaz Şərif iyunun 16-da Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Məhəmməd Şahbaz Şərif dövlətimizin başçısını, dost və qardaş Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

Göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirən , öz növbəsində, bayram münasibətilə dost və qardaş Pakistan xalqına təbriklərini və sülh, əmin-amanlıq arzularını çatdırıb.

Telefon söhbəti zamanı İlham Əliyev və Məhəmməd Şahbaz Şərif əlaqələrimizin müxtəlif sahələrdə inkişaf perspektivlərini müzakirə edib və ikitərəfli münasibətlərimizin daha da yüksək səviyyəyə qaldırılması barədə razılığa gəliblər.

Pakistanın Baş naziri COP29-un ölkəmizdə keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib və Prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət edib.

Azərbaycan Prezidenti dəvəti məmnunluqla qəbul edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax