Operativ Məlumat Mərkəzi

Sadır Japarov İƏT-in Xankəndi Zirvə görüşündə ölkəsinin təkliflərini açıqlayıb

2 dəq
Paylaş:
Sadır Japarov İƏT-in Xankəndi Zirvə görüşündə ölkəsinin təkliflərini açıqlayıb

Respublikası Azərbaycanın təşəbbüsünü dəstəkləyərək turizm layihələri həyata keçirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır İqtisadi Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.

Qırğız Respublikasının Prezidenti deyib ki, bu, iqtisadiyyatın şaxələnməsində mühüm rol oynayır: “Mühüm layihələrdən biri də Çinlə dəmir yolu layihəsidir. Bu layihə də uğurla həyata keçirilir”.

Rəqəmsal sahədə əməkdaşlığı zəruri sayan Sadır Japarov qeyd edib ki, kibercinayətkarlıqla da birgə effektiv mübarizə aparıla bilər: “Təşkilata üzv dövlətlər arasında sərhəd-keçid prosedurları sadələşdirilməklə -logistika əlaqələri inkişaf etdirilməlidir. Gömrük sahəsində rəqəmsallaşma önəmlidir. Dənizə olmayan ölkələr üçün limanlarda azaldılmış tarifləri nəzərdən keçirməyi təklif edirik. Qırğız Respublikası böyük mineral yataqlara malikdir. Biz xarici və yerli investorlar üçün əlverişli şərait yaratmağa hazırıq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax