Əsas məzmuna keç

Sadır Japarov İƏT-in Xankəndi Zirvə görüşündə ölkəsinin təkliflərini açıqlayıb

Sadır Japarov İƏT-in Xankəndi Zirvə görüşündə ölkəsinin təkliflərini açıqlayıb

bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib. Qırğız Respublikasının...

Respublikası Azərbaycanın təşəbbüsünü dəstəkləyərək turizm layihələri həyata keçirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci görüşündə bildirib.

Qırğız Respublikasının Prezidenti deyib ki, bu, iqtisadiyyatın şaxələnməsində mühüm rol oynayır: “Mühüm layihələrdən biri də dəmir yolu layihəsidir. Bu layihə də uğurla həyata keçirilir”.

Rəqəmsal sahədə əməkdaşlığı zəruri sayan Sadır Japarov qeyd edib ki, kibercinayətkarlıqla da birgə effektiv mübarizə aparıla bilər: “Təşkilata üzv dövlətlər arasında sərhəd-keçid prosedurları sadələşdirilməklə nəqliyyat-logistika əlaqələri inkişaf etdirilməlidir. Gömrük sahəsində rəqəmsallaşma önəmlidir. Dənizə çıxışı olmayan ölkələr üçün limanlarda azaldılmış tarifləri nəzərdən keçirməyi təklif edirik. Qırğız Respublikası böyük mineral yataqlara malikdir. Biz xarici və yerli investorlar üçün əlverişli şərait yaratmağa hazırıq”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…