Operativ Məlumat Mərkəzi

Şabranda bələdiyyə sədrləri cərimələnib

2 dəq
Paylaş:
Şabranda bələdiyyə sədrləri cərimələnib

Şabranda bələdiyyə sədrləri cərimələnib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Baş İctimai İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 21-də rayonu ərazisində keçirdikləri tədbir zamanı tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Şabran şəhər, Dəvəçi və Aygünlü kənd bələdiyyələrinin sədrləri, Şabran şəhər Mənzil Kommunal Təsərrüfatının müdiri, “Dəvəçi Kolxoz” bazarının rəhbərliyi və Dəvəçi kəndi ərazisində bir vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax