Operativ Məlumat Mərkəzi

Sabahın havası açıqlandı - 27.04.2025

1 dəq
Paylaş:
Sabahın havası açıqlandı - 27.04.2025

Aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə Bakıda və yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Azərbaycanın rayonlarında aprelin 29-u gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı , şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, və Şərqi Zəngəzur, Şirvan, Quba-Qusar, Balakən-Şəki, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının arabir leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Ölkə ərazisində yağıntılı və küləkli ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax