Operativ Məlumat Mərkəzi

Sabahın hava proqnozu açıqlanıb - 27.12.2023

2 dəq
Paylaş:
Sabahın hava proqnozu açıqlanıb - 27.12.2023

Dekabrın 28-nə gözlənilən açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Gün ərzində güclü -qərb əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Əsasən Böyük Qafqazın ayrı-ayrı yerlərində intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax