Operativ Məlumat Mərkəzi

Sabah yağış yağacaq - PROQNOZ - 20.06.2024

2 dəq
Paylaş:
Sabah yağış yağacaq - PROQNOZ - 20.06.2024

İyunun 21-də Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, gün ərzində bəzi yerlərdə fasilələrlə yağacağı gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, çaxacağı ehtimalı var. Səhər arabir güclənən şimal-qərb gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax