Operativ Məlumat Mərkəzi

SABAH qruplarına tələbə seçimi başlayır

2 dəq
Paylaş:
SABAH qruplarına tələbə seçimi başlayır

Elm və Təhsil Nazirliyinin SABAH qruplarının bakalavriat səviyyəsinə 2023-2024-cü tədris ili üçün tələbə seçimi müsabiqəsinə start verilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, müsabiqədə Elm və Təhsil Nazirliyinin tabeliyində olan müəssisələrinin müəyyən ixtisasları üzrə I kursda əyani formada təhsil alan, I semestrin nəticələrinə görə borcu və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Respublikası vətəndaşları iştirak edə bilərlər. Qaydalara əsasən yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən yolu ilə ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslərin müsabiqədə iştirakı mümkündür.

Qeyd edək ki, SABAH qruplarına qəbul üzrə üç mərhələdən ibarət (akademik göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) seçim müsabiqəsinin I mərhələsində iştirak etmək üçün müvafiq elektron ərizə (http://student.sabah.edu.az/) doldurulmalıdır.

Müsabiqə barədə ətraflı məlumatla qeyd edilən linkdən (https://bit.ly/3N7Jayd) tanış ola bilərsiniz.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax