SABAH qruplarına tələbə seçimi başlayır

SABAH qruplarına tələbə seçimi başlayır
26.05.2023 12:05
Aa
dəq

Elm və Təhsil Nazirliyinin SABAH qruplarının bakalavriat səviyyəsinə 2023-2024-cü tədris ili üçün tələbə seçimi müsabiqəsinə start verilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, müsabiqədə Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin müəyyən ixtisasları üzrə I kursda əyani formada təhsil alan, I semestrin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Qaydalara əsasən yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahan yolu ilə ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslərin müsabiqədə iştirakı mümkündür.

Qeyd edək ki, SABAH qruplarına qəbul üzrə üç mərhələdən ibarət (akademik göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) seçim müsabiqəsinin I mərhələsində iştirak etmək üçün müvafiq elektron ərizə (http://student.sabah.edu.az/) doldurulmalıdır.

Müsabiqə barədə ətraflı məlumatla qeyd edilən linkdən (https://bit.ly/3N7Jayd) tanış ola bilərsiniz.

Həftənin ən çox oxunanları

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ
DAVAMIN OXU davamın oxu

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
DAVAMIN OXU davamın oxu

Üç kollecə direktor təyin olunub - SİYAHI

Üç kollecə direktor təyin olunub - SİYAHI
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
DAVAMIN OXU davamın oxu

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu