Operativ Məlumat Mərkəzi

Sabah Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq - PROQNOZ

2 dəq
Paylaş:
Sabah Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq - PROQNOZ

İyulun 23-də Bakıda 36, rayonlarda 38 dərəcə isti gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağacağı ehtimalı var. -qərb gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət 50-70 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax