Operativ Məlumat Mərkəzi

Saatlıda maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

2 dəq
Paylaş:
Saatlıda maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Saatlı rayonunun Mollavəzili kəndində qazdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Agentliyin müfəttişləri fərdi Əlibaba oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparıblar. Yoxlama zamanı maye qazdoldurma məntəqəsində istismar olunan tutumların müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət ölçü cihazlarının, qoruyucu qurğuların yoxlanılmadığı və həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Aşkar olunan nöqsanların yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax