Əsas məzmuna keç

Rusiyanın Ukraynadakı itkiləri 150 000 -i ötdü

Rusiyanın Ukraynadakı itkiləri 150 000 -i ötdü

məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Bildirilib ki, son sutkada Rusiyanın 715 hərbçisi məhv edilib. Qeyd olunub ki, Rusiya Silahlı...

Müharibə başlayandan bəri ordusunun Ukraynadakı canlı itkilərinin sayı 150 605 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, son sutkada Rusiyanın 715 hərbçisi məhv edilib.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin digər itkiləri 3 397 tank, 6 658 zirehli maşın, 2058 operativ-taktiki PUA, 480 reaktiv yaylım atəşi , 2 398 artilleriya sistemi, 243 hava hücumundan müdafiə sistemi, 300 təyyarə, 288 helikopter, 5264 avtomobil və tanker, 230 xüsusi texnikadan ibarətdir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…