Operativ Məlumat Mərkəzi

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

1 dəq
Paylaş:
Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Qarabağdan sülhməramlılarının Ermənistanın Sünik rayonunun Qoris və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Şurasının katibi Armen Qriqoryan “Armenpress” agentliyinə bildirib.

Qarabağda yerləşdirilməsi və sülhməramlı fəaliyyət üçün Ermənistan hökuməti Qoris və Sisianda Rusiya sülhməramlı birləşmələrinə müvəqqəti dislokasiya məntəqələri ayırıb. Laçın dəhlizinin normal fəaliyyətini təmin etmək üçün yer də seçilib. Rusiya sülhməramlı qoşunları Dağlıq Qarabağı tərk etdiyinə görə, təbii ki, onlar Ermənistanda da qala bilməzlər. Dağlıq Qarabağdan gələn sülhməramlılardan ibarət qrup və konvoy onların bağlanması üzrə işlərin təşkili üçün Qoris və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb”, – o qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax