Operativ Məlumat Mərkəzi

Ermənistan baş naziri: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər

1 dəq
Paylaş:
Ermənistan baş naziri: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər
bunu Ermənistan baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Rusiya bazaları müəyyən vəziyyətlə əlaqədar orada idi və...

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Rusiya bazaları müəyyən vəziyyətlə əlaqədar orada idi və artıq vəziyyət əhəmiyyətli dərəcədə dəyişdiyi üçün bu dəyişiklik bütü istiqamətlərdə öz təsirini göstərməlidir. "Bu o deməkdir ki, bizim cəbhə xəttimiz yox, sərhədimiz var. Sərhəd sülhün əlamətidir və bu o demək olacaq ki, Ermənistan və Azərbaycan sərhədçiləri bir-biri ilə əməkdaşlıq edərək sərhədi müstəqil şəkildə qoruya biləcəklər”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər