Əsas məzmuna keç

Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb - 14.02.2024

Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb - 14.02.2024

bu barədə Estoniya XİN-in yaydığı bəyanatda deyilir. “Estoniyanın Baş naziri Kaja Kallas və dövlət katibi Taimar Peterkopa qarşı cinayət təqibini izah...

Rusiyanın Tallindəki müvəqqəti işlər vəkili Lenar Salimullin Estoniyanın Baş naziri Kaja Kallasın axtarışa verilməsi ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə XİN-in yaydığı bəyanatda deyilir.

“Estoniyanın Baş naziri Kaja Kallas və Taimar Peterkopa qarşı cinayət təqibini izah etməsi üçün Rusiyanın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb”, - deyə qurumun hesabında yazılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi Estoniya və Litvanın bir sıra məmurlarını axtarışa verib. Lakin onların hansı cinayət maddəsi ilə axtarıldığı bildirilmir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…