Əsas məzmuna keç

Rusiyanı Azərbaycanla birləşdirən avtomobil yolu 2030-cu ilə qədər dördzolaqlı olacaq

Rusiyanı Azərbaycanla birləşdirən avtomobil yolu 2030-cu ilə qədər dördzolaqlı olacaq

Rusiyanın regionlarını Azərbaycanla "Qafqaz" yolu 2030-cu ilə qədər dörd zolağa qədər genişləndiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə “Qafqaz” Avtomobil Yolları İdarəsi” Federal Dövlət Müəssisəsinin rəisi Aleksandr Lukaşuk məlumat verib.

"Bu gün bizim prioritetimiz Rusiya Federasiyasının subyektlərini və xarici dövlətləri birləşdirən Şimal-Cənub dəhlizinə daxil olan R-217 "Qafqaz" əsas yoludur. Bütün "Qafqaz" yolu 2030-cu ilə qədər dördzolaqlı olacaq", - o, Pyatiqorskda jurnalistlərə bildirib.

Hazırda yolun 75-85 %-i dördzolaqlıdır.

A.Lukaşuk həmçinin qeyd edib ki, ümumilikdə Şimali Qafqaz federal dairəsindən keçən "Şimal-Cənub" nəqliyyat dəhlizində avtomobil yolu dördzolaqlı olacaq. Söhbət R-215 yolunun bir neçə hissəsinin R-217 yolu ilə birləşdirilməsindən gedir.

"Bu yolla ("Qafqaz") ən çox turist axını və yük daşımaları həyata keçirildiyi üçün bu istiqamətə xüsusi diqqət yetirilir", - o izah edib.

Yolla birlikdə onun üzərindəki körpülər də genişləndiriləcək.

R-217 "Qafqaz" Krasnodar diyarının Pavlovskaya kəndindən Dağıstanın Azərbaycanla sərhəddə yerləşən Yaraq-Kazmalyar kəndinə qədər uzanan avtomobil yoludur. Uzunluğu 1,118 min kilometr olan yol Krasnodar və Stavropol diyarlarından, eləcə də Şimali Qafqaz federal dairəsinin respublikalarından keçir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…