Operativ Məlumat Mərkəzi

Rusiyalı incəsənət adamları quru yolla İrandan Azərbaycana gətirilib - YENİLƏNİB

2 dəq
Paylaş:
Rusiyalı incəsənət adamları quru yolla İrandan Azərbaycana gətirilib - YENİLƏNİB

İrandan təxliyə olunan xaricilərdən Federasiyası vətəndaşları Azərbaycanın Astara -gömrük məntəqəsindən keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İran İslam Respublikasından Respublikası vasitəsilə öz ölkələrinə getmək istəyən Rusiya Federasiyası vətəndaşları Astara sərhəd gömrük buraxılış məntəqəsindən keçib.

Onlar 2 ay bundan əvvəl İran İslam Respublikasına film çəkmək üçün keçən Rusiya xadimləridir. Truppa 90 nəfərdən ibarətdir. Səmimi söhbət zamanı baş verən məlum hadisələrdən çox narahat və yorğun olduqlarını bildiriblər. Azərbaycan ərazisində artıq özlərini rahat və xoşbəxt hiss etdiklərini deyiblər. Bildiriblər ki, film çəkilişləri demək olar yekunlaşmaq üzrə idi. Təqribən 4-5 gün qalmışdı. "Çətin olacaq, amma Moskvaya qayıdandan sonra, eyni səhnəni orda yaratmalıyıq və filmi yekunlaşdırmalıyıq. Azərbaycan Dövlətinə öz təşəkkürümüzü bildiririk".

***

Rusiyanın P. Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyəti quru İrandan Azərbaycana gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında, Azərbaycan onların İran İslam Respublikasından təxliyələrinin həyata keçirilməsinə dəstək göstərib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax