Operativ Məlumat Mərkəzi

Rusiyada partlayıcı zavoduna hücum olub

2 dəq
Paylaş:
Rusiyada partlayıcı zavoduna hücum olub

Oktyabrın 6-na keçən gecə Nijni vilayətinin şəhərində, eləcə də Nijni Novqorod şəhərinin özündə10-dan çox partlayış baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın “SHOT” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, Dzerjinsk şəhərində adına zavoda iki pilotsuz təyyarə zərbəsi endirilib. Zavodun Rusiyanın hərbi sənaye kompleksinin mühüm hissəsi olduğu bildirilir.

“Astra” nəşrinin məlumatına görə, zavod Rusiyada dağ-mədən, neft-qaz çıxarma sənayelərini, seymik və geofiziki işləri partlayıcılarla təmin edən böyük partlayıcı istehsalı müəssisələrindən biridir.

Sverdlov adına zavod Ukraynanın bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətləri dəstəklədiyinə görə Ukraynanın sanksiyalar siyahısına daxil edilib.

Zavod dəfələrlə dronların hücumuna məruz qalıb.

Belə hücumlardan biri bu ilin iyulunda baş verib.

Ötən il oktyabrın 20-də də pilotsuz təyyarələr zavoda hücum edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax