Rusiyada hərbi aerodromda partlayış olub. "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Yeysk şəhərində qeydə alınıb. Partlayışdan sonra aerodrom üzərində tüstü qalxıb. Hadisənin səbəbi və təfərrüatları hələ ki məlum deyil.