Operativ Məlumat Mərkəzi

Rusiya XİN Lavrov-Rubio görüşünün təxirə salınmasına dair xəbərləri təkzib edib

1 dəq
Paylaş:
Rusiya XİN Lavrov-Rubio görüşünün təxirə salınmasına dair xəbərləri təkzib edib

Rusiyanın naziri Lavrovla ABŞ Marko Rubionun görüşü hazırlıq tələb edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, Lavrovla Rubionun görüşünün təxirə salınması ilə bağlı KİV-də yayılan xəbərləri təkzib edib.

“Razılaşmamış bir şeyi təxirə sala bilməzsiniz. Biz dünən bəzi Qərb mənbələrinin yazdıqlarını təsdiq etməmişik. Belə bir təmasın vaxtı və yeri ilə bağlı heç bir razılığımız olmayıb. İdeya olaraq, bu görüş mövcuddur. Əlbəttə ki, bu, böyük əhəmiyyətə malikdir. Amma məhz belə bir hadisə böyük əhəmiyyətə malik olduğu üçün hazırlıq tələb olunur. Biz bunun üzərində işləyirik. Dünən nazir bu barədə dövlət katibi ilə aparıb”, - Ryabkov əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax