Operativ Məlumat Mərkəzi

Rusiya XİN: Azərbaycan və Ermənistan barışığını dəstəkləməyə hazırıq

2 dəq
Paylaş:
Rusiya XİN: Azərbaycan və Ermənistan barışığını dəstəkləməyə hazırıq

Rəsmi Moskva Bakının İrəvanla barışığını dəstəkləməyə hazır olduğunu təsdiqləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu TASS-a müsahibəsində nazirinin müavini Mixail Qaluzin deyib.

Nazir müavini qeyd edib ki, Rusiya və Ermənistanın xarici işlər nazirləri – və Ararat Mirzoyanın mayın 10-11-də Qazaxıstanda müqaviləsinin hazırlanması məqsədilə keçirilən görüşünü müsbət qiymətləndirir.

“Bu, tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləmək imkanı verdi. Bu istiqamətdə daha bir mühüm addım atılıb”, - Qaluzin vurğulayıb.

O, qeyd edib ki, Moskva artıq iki dəfə - 2023-cü ilin may və iyul aylarında Bakı ilə İrəvan arasında sülh danışıqlarına ev sahibliyi edib. Rusiya bundan sonra da ona iki qardaş xalqın barışmasına hərtərəfli dəstək verməyə, regionun bütün ölkələrinin təhlükəsizliyini, tərəqqisini təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılmış həllərin axtarışına kömək etməyə hazırdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax