Əsas məzmuna keç

Rusiya XİN ABŞ-i nüvə silahı ilə hədələyib

Rusiya XİN ABŞ-i nüvə silahı ilə hədələyib

“Vaşinqton hava məkanında təyyarələrinə yaxınlaşan təyyarəsini vurarsa, Rusiya Federasiyası özünü hər vasitə ilə müdafiə edəcək”.

“Operativ Məlumat Mərkəzi - OMM” xəbər verir ki, bunu Rusiya nazirinin müavini Sergey Ryabkov deyib.

ABŞ senatoru Lindsi Qremin beynəlxalq sular üzərində Amerika hədəflərinə yaxınlaşan Rusiya təyyarələrini vurmaq çağırışını şərh edən diplomat qeyd edib ki, bu cür bəyanatlar ciddi qəbul edilməlidir, çünki onlar Moskvanı bütün sahələrdə, o cümlədən reputasiyasına zərbə vurmaq üçün əllərindən gələni etməyə hazır olduqlarını əks etdirirlər.

O vurğulayıb ki, bu cür bəyanatlar verən insanların nüvə əsrinin reallıqları haqqında çox az təsəvvürləri var və Rusiyanın özünü ixtiyarında olan bütün vasitələrlə təcavüzkar hücumlardan müdafiə etməyə hazır olduğunu unudublar.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…