Operativ Məlumat Mərkəzi

Rusiya və Türkiyənin xarici kəşfiyyat idarələrinin rəhbərləri yaxın zamanda görüşə bilər

1 dəq
Paylaş:
Rusiya və Türkiyənin xarici kəşfiyyat idarələrinin rəhbərləri yaxın zamanda görüşə bilər

Xarici Xidmətinin direktoru Sergey Narışkin yaxın zamanda xarici kəşfiyyat idarəsinin rəisi İbrahim Kalınla görüşə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə S. Narışkin TASS-a müsahibəsində deyib.

O bildirib ki, son bir neçə ildə Rusiya və Türkiyə xarici kəşfiyyat idarələri arasında kifayət qədər fəal var: “İbrahim Kalın bu vəzifəyə təyin olunduğu gün onu təbrik etdim. İndiyə qədər heç bir görüş olmayıb, amma qarşılıqlı əlaqə davam edir. Bizim yaxşı etibarlı kanalımız, qarşılıqlı nümayəndələrimiz var”.

Qeyd edək ki, İ. Kalın bu il iyunun 5-də Türkiyə Xarici Kəşfiyyat İdarəsinin yeni rəisi təyin olunub. O, bu vaxtadək Rəcəb Tayyib Ərdoğanın sözçüsü vəzifəsini icra edirdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax