Operativ Məlumat Mərkəzi

Rusiya və Çin birgə dəniz təlimlərinə başlayıb

2 dəq
Paylaş:
Rusiya və Çin birgə dəniz təlimlərinə başlayıb

Uzaq Şərqdə -Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" “İnterfaks”a istinadən xəbər verir.

Rusiyanın Sakit Okean Donanmasının və Çin Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərindən artıq təlimlər keçirmək üçün Vladivostokdan dənizə çıxıblar.

Rusiya tərəfdən təlimlərdə qayıq əleyhinə “Admiral Panteleyev” və “Admiral Tributs” iri gəmilər, “MPK-82” və “MPK-107” sualtı qayıq əleyhinə kiçik gəmilər, həmçinin “Smerç” kiçik raket gəmisi, Çin tərəfdən isə “Xining” və “Wuxi” esminesləri, “Lin Yi” freqatı və “Taihu” kompleks təchizat gəmisi iştirak edəcək.

“Bir həftə ərzində Yapon dənizində gəmilərdən ibarət dəstə qorunmayan vəziyyətdə sahildə yerləşməklə şərti düşmənin havadan, sudan və su altından hücumunu dəf etməyi, birgə manevr və müdafiəni məşq edəcək”, - məlumatda deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax