Əsas məzmuna keç

Rusiya sərhədi yaxınlığında keçirilən təlimlərdə beş Norveç hərbçisi itkin düşüb - YENİLƏNİB

Rusiya sərhədi yaxınlığında keçirilən təlimlərdə beş Norveç hərbçisi itkin düşüb - YENİLƏNİB

Rusiyanın sərhədində yerləşən Finnmark şəhərində təlim zamanı itkin düşən norveçli tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TV2 telekanalı məlumat yayıb.

Məlumata əsasən, təxminən saat 07:00-da bir neçə əsgər şosedəki nəzarət-buraxılış məntəqəsinə çatıb. Digərləri isə sonradan Finlandiya-Norveç sərhəd bölgəsinə əlaqə yaradıblar. Silahlı qüvvələrin nümayəndələri əsgərləri oradan götürmək üçün yola çıxıblar.

"Bütün əsgərlər tapılıb", - məlumatda qeyd olunub.

***

sərhədi yaxınlığında keçirilən təlimlər zamanı beş hərbçisi itkin düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, polis onların tapılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Məlumata görə əvvəlcə 10 əsgərin itkin düşdüyü bildirilsə də onlardan beşi tapılıb. Belə ki, üçü razılaşdırılmış görüş yerinə gəlib, daha ikisi isə xilasetmə helikopteri tərəfindən aşkarlanıb.

İtkin düşən beş nəfərin arasında həm zabitlərin, həm də çağırışçıların olduğu bildirilir.

Məlumata görə hərbçilər gizli qalmaq bacarıqlarını məşq edirdilər. qərargahının rəhbəri Hauklанd Hensen bildirib ki, itkin düşmənin ehtimal olunan versiyalarından biri hərbçilərin görüş vaxtını düzgün başa düşməməsi və ya planlaşdırılandan artıq gecikdiyi ehtimallıdır.

Digər versiyalar isə odur ki, onlardan kimsə xəsarət alıb və ya onlar azıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…