Operativ Məlumat Mərkəzi

Rusiya qırıcısı Qara dəniz üzərində Polşa təyyarəsi üçün risk yaradıb

2 dəq
Paylaş:
Rusiya qırıcısı Qara dəniz üzərində Polşa təyyarəsi üçün risk yaradıb

Qara dəniz üzərində hava məkanında patrulluq edən Polşanın L410 Turbolet təyyarəsini Rusiyanın Su-35 qırıcısı müşayiət edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rumıniya məlumat yayıb.

Nazirliyin məlumatına görə, mayın 5-də Rumıniya Sərhəd Polisi ilə “Frontex”in himayəsi altında beynəlxalq hava məkanında Qara dəniz üzərində patrul həyata keçirən Sərhəd Polisinin “L410 Turbolet” təyyarəsi Rumıniya hava məkanından təxminən 60 kilometr şərqdə Rusiyanın Su-35 qırıcısı tərəfindən müşayiət olunub. ,.

Nazirlik əlavə edib ki, rus qırıcısının manevrləri " turbulentlik səviyyəsini artırıb və Polşa təyyarəsinin idarə olunmasında ciddi çətinliklərə səbəb olub". Nəticədə, Birgə Hava Əməliyyatları Mərkəzi hava polisinin döyüş növbətçiliyində olan Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki döyüş təyyarəsini və İspaniya Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə həyəcan vəziyyətinə gətirilsə də, havaya qaldırılmayıb.

Nazirlik bildirir ki, hərbi təyyarəsinin Qara dəniz hövzəsində miqrasiya riskini izləmək üçün Frontex missiyalarını yerinə yetirən silahsız təyyarəyə qarşı aqressiv davranışı tamamilə qəbuledilməzdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax