Operativ Məlumat Mərkəzi

Rusiya MN: Ukrayna Voronejə ABŞ istehsalı olan dörd raket atıb, hamısı vurulub

1 dəq
Paylaş:
Rusiya MN: Ukrayna Voronejə ABŞ istehsalı olan dörd raket atıb, hamısı vurulub

Silahlı Qüvvələri vilayətinə 4 ədəd uzaqmənzilli raketi ilə zərbə endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, bu il yanvar ayından bəri ilk dəfə olaraq Ukrayna ordusu Voronej vilayətinə hücumu həyata keçirib – dünən bölgəyə ABŞ istehsalı olan 4 ədəd uzaqmənzilli ATACMS raketi buraxılıb.

Rusiya tərəfi bütün hədəfləri vurmağa müvəffəq olub.

Hücum nəticəsində xəsarət alan olmayıb. Lakin məhv edilmiş raketlərin düşən qalıqları Voronej vilayət Gerontologiya Mərkəzinin, uşaq evinin və bir fərdi yaşayış evinin damlarına ziyan vurub.

Rusiya hərbçiləri kəşfiyyat apararaq raketlərin buraxıldığı rayonun Xarkov vilayətində yerləşdiyini müəyyən edib buraxılış nöqtələrinə cavab zərbələri endiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax