Operativ Məlumat Mərkəzi

Rusiya hərbçiləri artilleriyadan atəş açıb, Ukraynanın Xerson vilayətində 4 sakin ölüb

1 dəq
Paylaş:
Rusiya hərbçiləri artilleriyadan atəş açıb, Ukraynanın Xerson vilayətində 4 sakin ölüb

hərbçilərinin artilleriya atəşi nəticəsində Ukraynanın vilayətində 4 dinc sakin ölüb.

Rusiya hərbçilərinin açdığı artilleriya atəşi nəticəsində Ukraynanın Xerson vilayətində 4 dinc sakin ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, Rusiya hərbçilərinin açdığı atəş nəticəsində minik avtomobili yanıb. Yanğınsöndürənlər yanğını söndürən zaman maşının salonunda 2 nəfərin meyitini aşkarlayıblar. Artilleriya atəşi nəticəsində küçədə 66 yaşlı qadın da ölüb.

Nazirlik ümumilikdə 4 dinc sakinin öldüyünü bildirib.

Məlumata görə, Ukraynanın cənubunda Nikolayevsk vilayətində də partlayış olub. Hadisə ilə bağlı təfərrüatlar yayılmayıb.

İnformasiyaya əsasən, Ukraynanın Denpr, Kirovoqrad, Odessa və Xarkov vilayətlərində həyəcan siqnalı işə düşüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax