Operativ Məlumat Mərkəzi

Rusiya Fransanı Yeni Kaledoniya üzərində nəzarəti saxlamağa çalışmaqda ittiham edib

1 dəq
Paylaş:
Rusiya Fransanı Yeni Kaledoniya üzərində nəzarəti saxlamağa çalışmaqda ittiham edib

Yeni Kaledoniyanın statusu ilə bağlı razılaşmanı adı altında Fransanın üzərində nəzarətini saxlamaq cəhdi edir.

"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun fikrincə, formal suverenliyin verilməsi yalnız yerli əhalinin zərərinə demoqrafik balansı dəyişməyə yönəlmiş taktiki addım ola bilər.

Qeyd edək ki, Fransada saziş bağlanıb və ona əsasən Yeni Kaledoniya dəniz kənarındakı ərazi statusunu saxlayacaq, lakin öz vətəndaşlığına və münasibətlərə qismən nəzarətə malik yeni dövlət elan ediləcək. Buna baxmayaraq, sənədin qüvvəyə minməsi üçün o, Fransada parlamentin təsdiqindən keçməli və Yeni Kaledoniyanın özündə referendumda dəstək almalıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax