Operativ Məlumat Mərkəzi

Rumıniyada prezident seçkilərinin ikinci turu üçün səsvermə başlayıb

2 dəq
Paylaş:
Rumıniyada prezident seçkilərinin ikinci turu üçün səsvermə başlayıb

Rumıniyada seçkilərinin ikinci üçün bütün məntəqələrdə məntəqələri açılıb, bazar günü ölkə sakinləri növbəti beş il üçün dövlət başçısını seçəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu seçki komissiyası məlumat yayıb.

Məlumata götə, birinci tur mayın 4-də baş tutub və səslərin əksəriyyətini “Rumınların Birləşməsi Uğrunda Alyans” (AUR) millətçi partiyasının lideri Corc Simion 41 %, Buxarestin meri Nikuzor Dan isə 21 % toplayıb.

Saat 7:00-da (Bakı vaxtı ilə 08:00 - red.) Rumıniyada 19 minə yaxın seçki məntəqəsi işə başlayıb. Xaricdə yaşayan Rumıniya vətəndaşları üç gün ardıcıl səs verirlər. Onlar üçün mayın 16-da seçki məntəqələri açılıb.

Rumıniya qanunlarına görə, prezident seçkilərinin qalibi siyahılara daxil edilmiş seçicilərin yarıdan çoxunun səsini toplayan namizəddir. Seçki məntəqələri saat 21:00-da bağlanacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax