Operativ Məlumat Mərkəzi

Rumen Radev Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

2 dəq
Paylaş:
Rumen Radev Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Respublikasının Prezidenti Rumen Radev Respublikasının Prezidenti İlham Əliyevə göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə, ailənizə və Azərbaycan xalqına səmimi təbriklərimi, əmin-amanlıq, firavanlıq və rifah arzularımı çatdırıram.

Bolqarıstan Respublikası Azərbaycan Respublikası ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir. arasında qurulan sıx və səmərəli , xalqlarımız arasındakı qarşılıqlı hörmət ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün sabit təməldir.

Əminəm ki, ötən ilin mayında Bakıya rəsmi səfərim və noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası zamanı keçirdiyimiz görüşlər və danışıqlarımız son illərdə ikitərəfli münasibətləri xarakterizə edən intensiv siyasi dialoqun davam etdirilməsinə töhfə verdi.

İnanıram ki, biz ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin mühüm rəmzi kimi yaxın gələcəkdə Veliko Tırnovo şəhərində “Şuşa parkı” layihəsini həyata keçirəcəyik.

Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

Hörmətli cənab Prezident, Sizə ən yüksək ehtiramımı bildirirəm”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax