Əsas məzmuna keç

Ronaldu karyerasının 850-ci qolunu vurub

Ronaldu karyerasının 850-ci qolunu vurub

hücumçu yubiley topunu "Əl-Həzm"lə səfər oyununda vurub. Səudiyyə Ərəbistanı çempionatının V turunun görüşü 1:5 hesabı ilə başa çatıb. Portuqaliyalı...

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu rəsmi oyunlarda 850-ci vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yubiley topunu "Əl-Həzm"lə səfər oyununda vurub. çempionatının V turunun görüşü 1:5 hesabı ilə başa çatıb.

Portuqaliyalı rəsmi oyunlarda vurulan qolların sayına görə rekordçudur. Siyahıda ikinci yeri Amerikanın “İnter Mayami” klubunda çıxış edən argentinalı hücumçu Lionel Messi (818) tutur.

Ronaldunun 38 yaşı var, o, beşqat “Qızıl top”un və beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibidir. Portuqaliyalı milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası, klublararası dünya çempionatları tarixinin bombardiridir. İspaniyanın “Real” komandasının heyətində 450 qol vuran futbolçu klubun rekordçusudur. Həmçinin İngiltərənin “” (145 qol), İtaliyanın “Yuventus” (101), Portuqaliyanın “Sportinq” (5) klublarında çıxış edib. Portuqaliya millisinin heyətində 123 dəfə fərqlənib.

Ronaldu 2022-ci ilin dekabrından "Əl-Nəsr"də çıxış edir. O, artıq komandanın heyətində 26 qol vurub və klub tarixində səkkizinci bombardirdir. Bu göstəricidə səudiyyəli hücumçu Məhəmməd əl-Səhlavi (125) liderdir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…